İt dişləməsi nəticəsində burnunu itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub
Yeniliklərdən dərhal xəbərdar olun
İt dişləməsi nəticəsində burun nahiyəsində geniş toxuma itkisi yaranan pasiyent üzərində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub.
BAKU.WS xəbər verir ki, klinikadan AZƏRTAC-a verilən məlumata görə, travma nəticəsində burunun böyük hissəsinin itirilməsi pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərib. Burun strukturunun və funksiyasının bərpası məqsədilə mərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyat Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimovun rəhbərliyi ilə plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən icra olunub.
Cərrahi müdaxilə zamanı burunun itirilmiş hissəsinin bərpası üçün müasir rekonstruktiv üsullardan istifadə edilib. Nəticədə zədələnmiş burun toxumalarının anatomik bütövlüyünün bərpasına nail olunub.
Əməliyyatın əsas məqsədi burun nahiyəsində yaranmış defektin aradan qaldırılması ilə yanaşı, onun funksional imkanlarının da mümkün qədər bərpa edilməsi olub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...