Bilgəhdəki çimərlik zibildən təmizləndi
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS-in məlumatına görə, Sabunçu rayonunda qeyd olunan ünvanda antisanitar vəziyyət polisin müşayəti ilə aidiyyəti dövlət qurumları tərəfindən aradan qaldırılıb.
***11:57
Bakının Bilgəh qəsəbəsində, Amburan çimərliyi ilə Sea Breeze arasında yerləşən və sakinlər arasında "Wild Beach" kimi tanınan pulsuz çimərlikdə antisanitar vəziyyət narahatlıq doğurur.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Əraziyə üz tutan vətəndaşların sözlərinə görə, istirahət edən bəzi şəxslər məişət tullantılarını sahildə qoyaraq ətraf mühitin çirklənməsinə səbəb olublar.
Nəticədə çimərliyin müxtəlif hissələrində plastik qablar, içki butulkaları, paketlər və digər tullantılar toplanır ki, bu da həm dəniz sahilinin görünüşünə, həm də ekoloji vəziyyətə mənfi təsir göstərir. Həmçinin sahilyanı əraziyə qarğalar toplanır.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...