İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb
12
avq
2025
12:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıblar.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...