İstifadəsiz su çəni TƏHLÜKƏ YARADIR - UŞAQLAR ətrafında oynayır, vətəndaşlar NARAHATDIR

Bakı şəhəri, Xətai rayonu, Afiyatdin Cəlilova küçəsi 13 ünvanında yaşayan sakinlər keçmiş su çəninin həyətdə təhlükə yaratdığını bildiriblər.
BAKU.WS-in "qaynar xətti"nə şikayət edən vətəndaşın sözlərinə görə, su çəni 1965-ci ildən istifadəsizdir və uşaqlar həyətdə oynayarkən ona dırmaşırlar.
Qeyd ediblər ki, ötən il məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlasalar da, heç bir tədbir görülməyib. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həyətə çağırılıb və çənin artıq istifadəyə yararsız olduğunu təsdiqləyiblər. Qeyd olunur ki, həyətdə yeni yanğınsöndürmə sistemləri quraşdırıldığı üçün köhnə çənin istifadəsinə ehtiyac qalmayıb.
Onlar həmçinin həyətdəki bütün qonşular adından müraciət ediblər və istəsələr, ümumi şikayət üçün sakinləri həyətə toplaya biləcəklərini bildirirlər.
Şikayətlə bağlı görüntüləri təqdim edirik:





Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu göndərdik.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda marketdən lotereya biletləri oğurlanıb
Bakıda marketlərdən oğurluq olub. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxtın Xəzər rayonunda talama cinayətləri qe...
