İstanbulda Azərbaycan vətəndaşının meyiti evində tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda 57 yaşlı Azərbaycan vətəndaşı Lətifə İbadova yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.
BAKU.WS xəbər verir ki, hadisə avqustun 9-da günorta saatlarında baş verib. Bu barədə "Hürriyet" məlumat yayıb.
Məlumata görə, qadının meyitinə baxış zamanı onun bədənində hər hansı zorakılıq, zərbə və ya kəsici alət izləri müəyyən edilməyib. İbadovanın ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın nəticəsindən sonra dəqiqləşdiriləcək.
Hadisə ilə bağlı araşdırma zamanı qadınla eyni mənzildə yaşayan Fərhad adlı şəxsin axtarışına başlanılıb. Bildirilir ki, həmin şəxs polisə məlumat verilməsindən təxminən 15 dəqiqə əvvəl evdən çıxıb.
Mənzildə narkotik vasitə olduğu ehtimal edilən maddə də aşkarlanıb. Maddə ekspertizaya göndərilib.
Prokurorluq Azərbaycan vətəndaşının ölümü ilə bağlı araşdırma aparır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...