İsmayıllıda toyda 24 nəfər zəhərlənib
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.
24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hazırda xəstələrin vəziyyəti yaxşıdır, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Agentliyin əməkdaşları nümunələr götürərək müayinələrə başlayıb, araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.
Oxşar xəbərlər
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb. BAKU.WS Xitab24.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb. Hadisə bu gün səhər...