İsmayıllıda sosial şəbəkədə dələduzluq edən şəxs tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, o, "TikTok" sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək müraciət edən şəxslərin pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...