İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı İxtiyar Mehdiyev saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar edilib. İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
ADU-nun dosenti vəfat edib
Azərbaycan Dillər Universitetinin "Xarici dillərin tədrisi metodikası" kafedrasının dosenti Gülbəniz Camalova vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə uni...