İsmayıllıda Namazgah-Lahıc yolunda uçqun baş verib

İsmayıllıda Namazgah-Lahıc yolunda uçqun baş verib
Hadisə 96

Son günlər ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçik miqyaslı uçqun hadisəsi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib.

O bildirib ki, sürüşmə potensiallı sahələrin monitorinqi aparılır:

"Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını nəzərə almaq lazımdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb

İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb

Ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil...

187 Hadisə 11:00 13 sentyabr 2026

Son xəbərlər