İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb
27
may
2026
15:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda güclü külək fəsadlara səbəb olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, güclü külək səbəbindən rayonun bir neçə yerində irigövdəli ağaclar aşıb.
Aşan ağaclar rayon ərazisində yerləşən uşaq bağçasının həyətinə, Rayon Polis Şöbəsinin arxasında yerləşən transformatorun üzərinə düşüb. Nəticədə əraziyə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumun texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...