İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb, ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin- 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...