İsmayıllıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...