İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yoldan aşıb.
Qəza nəticəsində avtomobili idarə edən 41 yaşlı Samir Abdullayev ağır xəsarətlər alıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Yaxınlarının sözlərinə görə, Samir Abdullayev iş adamı olub. Onun bu gün İsmayıllı rayonunda yeni restoranının açılışını keçirməyi planlaşdırdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...