İsmayıllı rayonunda zəlzələ olub
31
yan
2025
07:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb", - məlumatda qeyd olunub.
Yerli vaxtla 05:18-də qeydə alınmış yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.
Xatırladaq ki, yanvarın 26-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ olmuşdu.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...