İsmayılda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayılda iki minik avtomobili toqquşub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Uştal kənd ərazisində qeydə alınıb.
1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomaşınla 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomaşının toqquşub.
Nəticədə "VAZ-2106" markalı avtomaşında sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.
Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər-Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...