İşlədiyi şirkətdən 77 min manat mənimsədi, 5 il həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nihad Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Fərzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, təqsirləndirilən şəxs "Camal LTD" MMC-də satış təmsilçisi vəzifəsində çalışdığı dövrdə şirkətə 77 min 365 manat ziyan vurub. O, müştərilərdən aldığı vəsaiti şirkətin hesabına köçürməyərək mənimsəyib.
Təqsirləndirilən Nihad Fərzəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...