İşlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan ustanı polis saxladı
20
dek
2025
14:56
Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4300 dollar oğurlayıb.
O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əskinaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda və bölgələrdə pirotexniki vasitə satan daha 14 nəfər saxlanıldı
Bakıda və bölgələrdə keçirilən tədbirlərlə ötən gün pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb. BAKU.WS xəbər veri...