İşçiləri aparan mikroavtobus aşdı - Xəsarət alanların sayı 12-yə çatdı
Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Keçili kəndi ərazisində "Mercedes" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***09:07
Yevlaxdan Şəmkirdə yerləşən istixanalardan birində işləyən fəhlələri daşıyan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda təmir sexi avtomobillə birlikdə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)...