İş yoldaşını stəkanla qətlə yetirən şəxsə HÖKM OXUNDU
Bakıda iş yoldaşının başından stəkanla vurub onu öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Möhsün Abdullayev 9 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Qeyd edək ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına dörd dəfə zərbə endirib, sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Oxşar xəbərlər
Cəlilabadda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Belə ki, "QAZel"...