İranın Şərqi Azərbaycan əyalətində məktəbliləri daşıyan mikroavtobus aşıb, 23 şagird xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Şərqi Azərbaycan əyalətində Mələkan-Binab avtomobil yolunda içərisində məktəblilər olan mikroavtobusun aşması nəticəsində 23 şagird xəsarət alıb.
"Report" xəbər verir ki, məlumatı "Tasnim" yayıb.
Bildirilib ki, mikroavtobusda 26 şagird olub. Məlumata görə, qəzaya səbəb olaraq sürücü diqqətsizliyi, həmçinin yağış və sürüşkən yol göstərilir.
Vurğulanıb ki, Şərqi Azərbaycan əyalətinin Prokurorluğu hadisə ilə əlaqədar yol polisinə tam hesabat hazırlamaq və qəzanın təqsirkarlarını müəyyən etmək üçün lazımi tədbirlər görmək məqsədilə məsələni hərtərəfli araşdırmaq barədə göstəriş verib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...