İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
![]()
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...