İrandan külli miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb
30
iyl
2025
11:47
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 17 kiloqram 450 qram narkotik vasitə (11 kq 450 qram marixuana, 6 kq həşiş) və 4950 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Oxşar xəbərlər
İsrailə raket hücumu zamanı iki azərbaycanlı həlak olub
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində iki Azərbaycan vətəndaşı həyatını itirib. BAKU.WS xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb...