İrandan Gürcüstana narkotik aparmaq istəyənlər Azərbaycanda saxlanıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə - tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə DGK-dan məlumat verilib.
Bildirilib ki, idarənin "Mazımqara" gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana "minik avtomobilləri" yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub.
Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...