İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb
Hadisə 20

Bakının Sabunçu rayonunda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər İrandan Füzuli rayonuna pilotsuz uçuş aparatı vasitəsilə göndərilən narkotik vasitələri əldə edərək paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı və onların qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Sabunçu RPİ əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Valid Qurbanov Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Ondan 7 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 281 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər