İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini - 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Hökməli-Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb
Hökməli-Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsa...