İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana 21 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb:
"Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir".
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...