İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı vəfat edib

İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı vəfat edib
Hadisə 147

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 10 gün öncə İranın Culfa şəhərinə yaxın ərazidə baş verib.

Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəvai Yasin oğlu Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən başqa avtomobil onu vurub. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb.

Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib.

Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər