İradəni öldürən biznesmen cəzadan azad edildi

İradəni öldürən biznesmen cəzadan azad edildi
Hadisə 52

Qeyri-rəsmi birgə yaşadığı qadını amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cəzadan azad edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin son qərarı belə olub.

48 yaşlı Ağcanov ibtidai istintaq vaxtı keçirilən ekspert rəyləri ilə anlaqsız hesab edilmişdi. Amma onun öldürdüyü İradə Muradovanın yaxınları həmin rəylə razılaşmırdı. Onlar iddia edirdilər ki, Emil cinayəti şüurlu şəkildə törədib, indi də həbsdən yayınmaq üçün özünü psixoloji xəstə kimi göstərir.

Məhkəmə məhz bu səbəbdən bütün şübhələri aradan qaldırmaq məqsədilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsinə qərar verdi. Lakin həkimlərin Ağcanovun psixoloji vəziyyəti ilə bağlı rəyi eyni oldu.

İradəni öldürən biznesmen cəzadan azad edildi

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyətinin yekun qərarı ilə Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, həbs əvəzinə məcburi psixiatrik müalicəyə göndəriləcək.

Qeyd edək ki, Emil biznes fəaliyyəti ilə məşğul olub. O, "Chermington Transportation Services", "AZRENT", "Caspi Style" şirkətlərinin və İtaliya brendi "YAMAMAY" mağazasının sahibidir.

Bu cinayət hadisəsi isə ötən ilin yayında Yasamal rayonunda onun anasına məxsus evdə baş verib. Spirtli içki və narkotik vasitələrin təsiri altında olan Emil İradəni müxtəlif dini ayinlər etdirə-etdirə, ayətül-kürsi duası oxutdura-oxutdura boğaraq öldürüb. Daha sonra o, cəsədi evin hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər bu vəziyyətdə dini musiqilər dinləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər