İnsult keçirən Abid Şərifov: "Əzrayılın əlindən qaçdım"
24
okt
2025
12:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması barədə məlumatlar yayılmışdı.
BAKU.WS xəbər verir ki, manset.az Abid Şərifovla əlaqə saxlayıb.
Sabiq hökumət rəsmisi insult keçirdiyini təsdiqləyib.
"Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm" - deyə Abid Şərifov qeyd edib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...