"Instaqram"da tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxsdə heroin aşkarlanıb

Instaqramda tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxsdə heroin aşkarlanıb
Foto Video
Hadisə 68

«Instaqram«da tanış olduğu İran vətəndaşının pul müqabilində narokuryerlik təklifini qəbul edən şəxsdən 3 kiloqram heroin aşkarlanıb.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb.

Onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər