"Instagram"da tanış olduğu qıza qarşı 12 min manatlıq dələduzluq etdi

Instagramda tanış olduğu qıza qarşı 12 min manatlıq dələduzluq etdi
Hadisə 79

Balakəndə 24 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu gənc qızın 12 min 161 manatını mənimsəyib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Balakən rayon sakini, 2001-ci il təvəllüdlü Elmar Şibliyev "Instagram" sosial şəbəkəsində Naxçıvan şəhərindən olan, 2003-cü il təvəllüdlü İnci adlı xanımla tanış olub.

Bir müddət danışandan sonra o, İncini "Kazino" oynamağa və pul qazanmağa dəvət edib. O, qızı razı salaraq ilk öncə ondan 200 manat, daha sonra 500, daha sonra 400 manat alıb. Elmar bu minvalla İncidən 12 min 161 manat alıb. Bir müddətdən sonra İnci ondan pulunu tələb etsə də, Elmar onu şantajla hədələyib. Çarəsiz qalan qız hadisə barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Şibliyev saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Balakən Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının vasitəsilə zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəyib və qalan hissəsini isə ödəyəcəyi barədə öhdəlik götürüb.

Məhkəmənin hökmü ilə E.Şibliyev 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Son xəbərlər