İmişlidə yaşayış evində yanğın - 2 otaq və dam örtüyü külə dönüb

İmişlidə yaşayış evində yanğın - 2 otaq və dam örtüyü külə dönüb
Hadisə 38

İmişli rayonunun Qızılkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər