DİN İmişlidəki qəzadan daha bir video yaydı
Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən daha bir video yayıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edir.
***
DİN İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
BAKU.WS xəbər verir ki, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına "Mersedes" markalı avtomobil çıxaraq qəza şəraiti yaradır.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdır.
***16:57
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI
İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barəd...