İmişli sakini özündən 36 yaş kiçik gənci SÖYÜŞƏ GÖRƏ bıçaqladı - TƏFƏRRÜAT
İmişli rayonunda 26 yaşlı gəncin bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə söyüş üstündə olub. Belə ki, bir müddət əvvəl 1999-cu il təvəllüdlü Seymur Əhmədzadə həmyerlisi, 1963-cü il təvəllüdlü Kamran Abasovu söyüb.
Hadisədən bir neçə gün sonra K.Abasov S.Əhmədzadənin yaşadığı evə gələrək, onu çölə çağırıb. S.Əhmədzadə isə evdən çıxmayıb. K.Abasov evə daxil olaraq S.Əhmədzadəni bıçaqlayıb, hadisə yerindən gedib .
Keçirilən əməliyyat tədbirləri nəticəsində K.Abasov saxlanılıb.
*** 10:12
İmişli sakini evində bıçaqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini Kamran Abas oğlu Abasov həmyerlisinin yaşadığı evə gedərək orada ev sahibi Seymur Umud oğlu Əhmədzadəni bıçaqlayıb.
Kamran Abas oğlu Abasov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda yük maşınları bir-birinə dəyib
Bakı-Sumqayıt yolunda yük maşınlarının iştirakı ilə yol qəzası baş verib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə yolun...