İlk yarımildə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin ilk yarımilində xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq işçilərinin fəaliyyətində qanunsuzluqlara və etik davranış qaydalarına zidd hallara qarşı tələbkarlıq daha da artırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-nə irad bildirilib.
7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...