İki yeniyetmə helikopter yandırdı - Səbəb isə 5 milyon...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada, Yamalo Nanets Muxtar respublikasında Noyabrsk hava limanında naməlum şəxslərin göstərişi ilə hərəkət edən Mİ-8 helikopterini yandıran iki məktəbli saxlanılıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 11-nə keçən gecə baş verib. 13 və 14 yaşlı iki dost hava limanına girərək orada dayanmış Mİ-8 helikopterinə alışan maye töküb və siqaret çəkmək qərarına gəliblər.
Oğlanlardan birinin tüstülənən siqareti mayenin içinə atması partlayışa səbəb olub.
Hər iki məktəbli hadisə yerindən qaçıb, lakin uzağa gedə bilməyiblər.
Təyyarə demək olar ki, tamamilə yanıb, yalnız vertolyotun quyruğu salamat qalıb. Hücum edənlər polisə bildiriblər ki, yanğını naməlum şəxslərin göstərişi ilə törədiblər və bunun üçün onlara 5 milyon rubl vəd edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...