İki rayonda baş verən qəzalarla bağlı DYP xəbərdarlıq edib
Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi "VAZ" markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yoldan çıxaraq ağaca çırpılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində də oxşar hadisə qeydə alınıb. Belə ki, paytaxt sakini Davud Salamov "Ford" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və yaxınlıqdakı ticarət obyektinə zərər vurub.
Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir.
"Son vaxtlar havaların isinməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərin diqqətinə çatdırırıq ki, səhhətlərində ciddi problemlər olduğu təqdirdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinsinlər. Çünki hərəkət zamanı baş verən qəfil səhhət pisləşməsi sürücünün nəqliyyat vasitəsi üzərində nəzarəti itirməsinə, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. BDYPİ səhhətində ciddi problem olan şəxsləri sükan arxasına keçməməyə, ailə üzvlərini isə belə hallara biganə qalmamağa çağırır. Unutmaq olmaz ki, bəzən 1 nəfərin verdiyi yanlış qərar yolda heç bir günahı olmayan insanın həyatına son qoya bilər", -deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Bakıda imtahana gedən tələbə universitetin bir neçə addımlığında qazılan xəndəyə düşüb
Bakıda universitet tələbəsi yolda qazılmış quyuya düşərək xəsarət alıb. BAKU.WS real tv-yə istinadən xəbər verir ki, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dər...