İki il əvvəl əlil qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda iki il əvvəl görmə qabiliyyəti məhdud olan qadını öldürən şəxsin kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən gün Xaçmaz rayonunda iki il əvvəl baş verən cinayətin üstü açılıb.
2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, 59 yaşlı gözdən əlil Gülxar Cahangirovanın rayonun Xaspolad-oba kənd sakini Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib.
Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...