İki gün əvvəl Buzovnada dənizdə batan gəncin meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 2-si 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...