İki ay öncə avtomobil vuran qadın xəstəxanada öldü
14
apr
2025
10:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İki ay öncə avtomobil vuran qadın xəstəxanada ölüb.
BAKU.WS xəbər verir ki, hadisə 20 fevralda Binəqədi qəsəbəsində baş verib.
Belə ki, Kamran Ağayevin idarə etdiyi "Mitsubishi Pajero" markalı 77-CM-706 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolun kənarında yerləşən avtobus dayanacağında dayanmış Saray Səlimovanı vurub.
Saray Səlimova Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, o, dünən ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...