İdarə rəisi: Bank kartlarından kiber üsulla oğurluq halları artıb

İdarə rəisi: Bank kartlarından kiber üsulla oğurluq halları artıb
Hadisə 69

Son dövrlərdə bank kartlarından kiber üsulla oğurluq hallarında artım müşahidə olunur.

BAKU.WS repoert-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

Onun sözlərinə görə, bu tip oğurluqlarda vətəndaşların ehtiyatsız davranması böyük rol oynayır:

"Daim çağırış edirik ki, vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsin. Çünki bu cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmasınlar. Bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmasınlar. Eyni zamanda tanımadıqları şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatları ötürməsinlər".

Son xəbərlər