İçkili halda maşın sürüb vətəndaşı təhqir edən şəxs barəsində DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 147 ünvanında xoşagəlməz baş verib.
BAKU.WS "avtosfer.az"a istinadən xəbər verir ki, 10-VA-969 dövlət nömrə nişanlı "Toyota Land Cruiser Prado" markalı avtomobilin sərxoş sürücüsü sözügedən ərazidəki köşkə yaxınlaşaraq satıcıya qarşı qeyri-etik davranış sərgiləyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində vətəndaşın təhqir və təhdidə məruz qalması ilə bağlı paylaşılan məlumat araşdırılıb.
Həmin şəxs - 1991-ci təvəllüdlü F.Abdullayev müəyyən olunaraq polis orqanına dəvət edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...