İçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər - RƏSMİ
Bakının Kiçik Qala küçəsində yerləşən İçərişəhər qala divarında baş verən aşınma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) məlumatında bildirilib.
"Atelier Erich Pumer" bərpa şirkətinin meneceri Çingiz Neymanzadə qeyd edib ki, İçərişəhər Qala divarları 8 il ərzində bərpa olunub və bu prosesdə müxtəlif üsullardan, eləcə də fərqli daş materiallarından istifadə edilib.
Onun sözlərinə görə, divarın strukturunda bəzi hissələrdə xarici, daxili və orta qatlar arasında əlaqə zəifdir: "Bu qatlar arasında bağlantının olmaması gələcəkdə belə halların təkrarlanmasına səbəb ola bilər".
Ç.Neymanzadə qeyd edib ki, hazırda xüsusi proqram əsasında işlər aparılır, dövlət bu məsələyə ciddi əhəmiyyət verir və qala divarları mərhələli şəkildə bərpa olunacaq.
Oxşar xəbərlər
Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı?
"Mən həmişə ölüm hökmünün əleyhinə olmuşam. Çünki elə işlərdə cinayəti törədən şəxsdə çox sirlər olur, həmin məsələləri ondan başqa heç kim bilmir. Cinayəti tör...