"İçərişəhər" stansiyasında 30 dəqiqə interval yaranıb? - RƏSMİ CAVAB

"Yeni tədris mövsümündən pik saatlarda intervalların azaldılmasına nail olunub. Bu isə xətlərdə qatarların qrafikə uyğun xüsusi nizamlı hərəkətini, qatarların yubanmasına təsir edən amillərin qarşısının alınmasını tələb edir. Bu zaman metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin keçilməsidir".
Bu, Bakı Metropoliteni QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Qırmızı və Yaşıl xətlər "28 May" stansiyasında kəsişərək birləşir. Bu səbəbdən bir istiqamətdə yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və yubanmalara səbəb olur:
"Nəticədə, sistem avtomatik olaraq qatarların təhlükəsizlik zonasına daxil olmasına icazə vermir. Belə olduqda arxadan gələn qatarlar məcburən stansiya və tunellərdə dayanaraq gözləməli olur.
Hər iki xəttə təsirləri azaltmaq üçün həm "İçərişəhər", həm də "Dərnəgül" marşrutları üzrə qatarların hərəkətinə mümkün əlavə tənzimləmələr tətbiq edilir.
Sərnişinlərdən xahiş edirik, intervalın azaldılması şəraitində qatarların nizamlı hərəkətinə maneələr yaradan və yekunda sərnişinlərin haqlı narazılığna səbəb olan bu kimi hallara yol verilməsin".
***09:14
Metronun "İçərişəhər" stansiyasında qatarda nasazlıq qeydə alınıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, nasazlıq səbəbilə 30 dəqiqəyə yaxın interval yaranıb.
Oxşar xəbərlər
Zaur Baxşəliyev efirdə dediyi sözə görə məhkəməyə çağırıldı
Tanınmış teleaparıcı Zaur Baxşəliyev efirdə səsləndirdiyi fikrə görə məhkəməyə verilib. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, onunla bağlı xüsusi ittiha...
