Hövsanda "Volkswagen" teplovozla toqquşdu
"Gecə saatlarında "Volkswagen" markalı minik avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Hövsan-Yeni Suraxanı sahəsində hərəkət edən yük qatarının qarşısına çıxıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Bildirilib ki, maşinistin səs siqnalı verməsi və təcili tormozlama aparmasına baxmayaraq, toqquşma qaçılmaz olub:
"ADY bir daha hərəkət iştirakçılarını kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır".
*** 09:54
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS Oxu.Az-a istiandən xəbər verir ki, gecə saatlarında "Volkswagen Touareg" markalı minik avtomobili ilə teplovoz toqquşub.
Xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat yoxdur.
Oxşar xəbərlər
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafova hökm oxundu
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib....