Bakıda avtomobilin üstünə aşan ağacın fəsadları ARADAN QALDIRILDI - FOTO/VİDEO - YENİLƏNİB

Suraxanı rayonu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində çürümüş ağacın avtomobilin üstünə aşdığını xəbər vermişdik. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən BAKU.WS-ə bildirilib ki, hadisədən sonra qurumun əməkdaşları ərazi yerinə gəlib və ağac aşmanın fəsadları aradan qaldırılıb.
***15:52
Suraxanı rayonu Hövsan qəsəbəsində güclü külək nəticəsində İlqar Əhlimanov küçəsində çürümüş ağac avtomobilin üstünə aşıb.
Bu barədə Bizim.media-ya qəsəbə sakinləri məlumat veriblər. Sakinlərin dediklərinə görə, aşan ağac çoxdan çürüyübmüş. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Halbuki həmin ərazinin yaxınlığında iki məktəb yerləşir və hadisə baş verən küçə məktəblilərin istifadə etdiyi yoldur. Yəni hadisənin fəsadları ağır ola bilərdi.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.
Qalereya
Oxşar xəbərlər
Beş ilin qisası: Dünya çempionunun CİNAYƏT İŞİ + FOTO
2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud...
