Hoteldə qadını döydü, həbs edildi
Bakıdakı məşhur hoteldə qadını döyməkdə təqsirləndirilən şəxs həbs edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1991-ci ildə Saatlı rayonunda anadan olmuş Y.İsmayılov (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məlum olub ki, Y.İsmayılov Nizami rayonunda yerləşən "Xudafərin" hotelində dincələrkən içkili olduğundan Səkinə (şərti) adlı qadınla aralarında mübahisə yaranıb.
Zərərçəkmiş qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə döyülməsi ilə bağlı şikayət edib. Təqsirləndirilən şəxs isə məhkəmədə 17 yanvar 2025-ci il tarixdə gecə saatlarında "Xudafərin" hotelində olduğu vaxt bir xanımla aralarında anlaşılmazlıq olduğunu təsdiqləyib və onu döymədiyini deyib.
O, içkili olduğu üçün nə etdiyini bilmədiyini də etiraf edib.
Məhkəmənin qərarı ilə Y.İsmayılov səkkiz gün müddətinə həbs edilib.
Oxşar xəbərlər
Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı
Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkə...