Hotel otağından qadını yerə atıb öldürən şəxsin məhkəməsi başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 16-da 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın paytaxtın Nəsimi rayonunda yerləşən hotellərdən birinin pəncərəsindən yıxılaraq xəsarət alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, Nəsimi rayon prokurorluğunun yaydığı məlumatda, istintaqla 1995-ci il təvəllüdlü Şükür Qənbərovun qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı Sücayət İbrahimovanı döyməsi, daha sonra onu öldürmək niyyətilə hotelin altıncı mərtəbəsində yerləşən otağın pəncərəsindən aşağı ataraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilib.
Şükür Qənbərova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...