Hindistanda fillərin hücumu nəticəsində 2 nəfər ölüb

Hindistanda fillərin hücumu nəticəsində 2 nəfər ölüb
Hadisə 106

Hindistanın Kerala ştatında fillərin hücumuna məruz qalan bir qrupdan 2 nəfərin həyatını itirdiyi bildirilib.

BAKU.WS xəbər verir ki, "Hindustan Times" qəzetinin yaydığı məlumata görə, ştat rəsmiləri hadisə ilə bağlı açıqlama veriblər. Bildirilib ki, bir qrup şəxs səhər saatlarında bal toplamaq məqsədilə meşəyə yollanıb.

Onların orada fillərin hücumuna məruz qaldığı və heyvanların altında qalıb əzildikləri qeyd olunub. Nəticədə 2 nəfər hadisə yerində həyatını itirib.

Statistikaya görə, 2020–2024-cü illər arasında Hindistanda 1701 nəfər fillər tərəfindən öldürülüb.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) məlumatına əsasən, hər il təxminən yarım milyon ailə məhsullarına zərər vuran fillərin təsirinə məruz qalır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...

69 Hadisə 19:19 19 sentyabr 2026

Son xəbərlər