DİN Hikmət Mirzəyevin evinin qarət olunmasını TƏKZİB ETDİ - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iddialar əsassızdır, həqiqəti əks etdirmir.
***
16.34
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.
BAKU.WS "Bakupost.az"a istinadən xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib.
Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...